Bolqarıstan - Azərbaycan matçına doğru

Bu gün AVRO-2016-nın seçmə mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirdə son matçına çıxacaq.
Milli komandamız seçmə mərhələnin yekun qarşılaşmasında Bolqarıstanın qonağı olacaq. Hər iki komanda üçün formal xarakter daşıyacaq oyun yalnız qrupdakı turnir cədvəli baxımından əhəmiyyətli olacaq ki, yığma komandamız qalib gələcəyi halda qrupda 4-cü pillədə qərarlaşacaq.
Bu matç Azərbaycanın FİFA-nın reytinqində irəliləməsi baxımından da əhəmiyyətli olacaq.
Son iki səfər qarşılaşmasında Norveç (0:0) və Malta (2:2) ilə heç-heçə edən yığmamız bu məğlubiyyətsiz seriyanı davam etdirməklə kifayətlənməyib, tsikldə ikinci qələbəsini bayram etməlidi. Yalnız maltalılarla ev oyununda (2:0) 3 xala sevinən futbolçularımız rəqib meydanında ilk qələbə ilə seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirə bilər.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
X tur
13 oktyabr
23:45. Bolqarıstan – Azərbaycan
Baş hakim: Tamaş Boqnar
Baş hakimin köməkçiləri: Peter Beretyan, Qabor Eros
Əlavə hakim-köməkçiləri: İştvan Vad, Jolt Şabo
Dördüncü hakim: Teodoros Georgiu (hamısı Macarıstan)
Hakim-inspektor: Con Flemminq (Şotlandiya)
UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)
Sofiya. Vasil Levski stadionu
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























