"Qarabağ"da ciddi itki: Reynaldo sıradan çıxdı

"Qarabağ"ın futbolçusu Reynaldo zədələnib.
Bu haqda Qol.Az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, futbolçunun hansı müddətə sıraya qayıdacağı sabah keçiriləcək tibbi müayinədən sonra bilinəcək.
Sportal.az saytı isə özəl xəbər olaraq yazıb ki, braziliyalı hücumçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext"lə Bakıda keçirilən matçda dizindən zədə alıb. Lakin zədə sonradan büruzə verib. Sayt futbolçunun Premyer Liqada "Zirə" və "Sumqayıt", Avropa Liqasında isə "Monako" ilə oyunu buraxacağını bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























