• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı

Türkiyə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı
14.10.2015 09:45
Bu gün "Avro-2016”nın seçmə mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutub.

A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı.

Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb.

Hollandiya millisi isə evdə Çexiyaya uduzaraq Avropa çempionatının final mərhələsindən kənarda qalıb.  

B qrupunda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan iki komanda - Belçika və Uels son matçını evdə keçirib. Belçika öz meydanında İsraili 3:1, Uels isə Andorranı 2:0 məğlub edib. Bu qrupda əsas mübarizə üçüncü yer uğrunda gedir. Hazırda üçüncü pillədə qərarlaşan Bosniya və Hersoqovina səfərdə Kipri 3:2 hesabı ilə məğlub edərək edərək pley-off oyunlarına qalıb.

13 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, son tur

A qrupu

23:45. Türkiyə - İslandiya - 1:0
Qol: Səlçuk İnan, 89 (1:0)
Qırmızı vərəqə: Gökhan Töre, 78 (Türkiyə)

23:45. Hollandiya - Çexiya - 2:3
Qollar: Kaderabek, 24 (0:1), Sural, 35 (0:2), van Persi, 66-avtoqol (0:3), Huntelar, 70 (1:3), van Persi, 83 (2:3)  
Qırmızı vərəqə: Suçi, 43 (Çexiya)

23:45. Latviya - Qazaxıstan - 0:1
Qol: Kuat, 65 (0:1)


B qrupu

23:45. Belçika - İsrail - 3:1
Qollar: Mertens, 64 (1:0), de Bruyne, 78 (2:0), Hazard, 84 (3:0), Hemed, 88 (3:1)

23:45. Uels - Andorra - 2:0
Qollar: Remzi, 50 (1:0), Beyl, 86 (2:0)

23:45. Kipr - Bosniya və Hersoqavina - 2:3
Qollar: İbişeviç, 13 (0:1), Çaralambidis, 32 (1:1), Mutidis, 41 (2:1), Medunyanin, 44 (2:2), Dyuriç, 67 (2:3)
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol