• $
  • €
  • ₽
  • ₺
  • £

“Elman Rüstəmovun fikirləri iqtisadiyyatın sürətlə pisləşdiyini göstərir”

“Elman Rüstəmovun fikirləri iqtisadiyyatın sürətlə pisləşdiyini göstərir”
29.05.2020 05:20
"Parlamentdə büdcə müzakirələri zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səsləndirdiyi faktlar Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini göstərir”. Modern.az saytının verdiyi xəbərə görə, bu fikirləri iqtisadçı Qubad İbadoğlu səsləndirib.

Onun baş bankirin çıxışına münasibəti belə olub:

"Mərkəzi Bank sədri çıxışında səsləndirib ki, "2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq.

İkincisi, 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollar olub. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının 7 milyard dollardır”.

Ekspertin fikrincə, Elman Rüstəmovun qeyd etdiyi maraqlı məqam çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlərin ciddi araşdırılması ilə bağlıdır: "Elman Rüstəmov deyib ki, bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.

Qubad İbadoğlu bildirir ki, baş bankirin bu çıxışını çevik məzənnə siyasətinə keçid mesajı kimi də dəyərləndirmək olar:

"Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı. Devalvasiyadan sonrakı dövrdə nə makro-iqtisadi səviyyədə (ixrac potensialının genişlənməsi, rəqabət qabliyyətliliyinin artırılması), nə də pul-kredit göstəricilərində müsbət dəyişikliklər müşahidə olunmadı. Ötən dövrdə kredit qoyuluşlarının həcminin azalmasına baxmayaraq, geri qayıtmayan problemli kreditlərin həcmi artdı. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsinin aşağı düşməsi ilə yanaşı, onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxdı. Hər iki tendensiyanın davamlı olması Mərkəzi Bankdan yeni addımlar atmağı tələb edir. Odur ki, Mərkəzi Bankın sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi.

Hesab edirəm ki, Mərkəzi Bank manatın sabitləşməsini təmin edəcək çoxlu variantlar üzrə seçim qarşısında deyil. Burada məzənnənin tənzimlənməsinin 2 yolu qalıb. Onlardan biri valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə Mərkəzi Bankın malik olduğu 7 milyard dolları da qısa müddətə xərcləmək, ikincisi valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazar iştirakçılarının ixtiyarına verməkdir. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlıq tələb edir.

Əks təqdirdə, 21 fevral devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi onun bazar tənzimlənməsi zamanı ucuzlaşmasını şərtləndirə bilər. Buna yol verməmək üçün yenidən devalvasiya keçid dövrünün tədbirlərindən biri ola bilər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol