• $
  • €
  • ₽
  • ₺
  • £

Məzənnə siyasətində iki yol - EKSPERT

Məzənnə siyasətində iki yol - EKSPERT
14.10.2015 13:30
Milli Məclisin 13 oktyabr iclasında, büdcə zərfinin müzakirəsində danışan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, 2014-cü ildəki 15 milyard dollardan 7 milyard dollara düşüb. O əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır, əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.

Transparency.az-a şərh göndərən iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, Elman Rüstəmovun çıxışını çevik məzənnə siyasətinə keçid mesajı kimi dəyərləndirmək mümkündür: "Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı. Devalvasiyadan sonrakı dövrdə nə ixrac potensialının genişlənməsi, rəqabət qabiliyyətinin artırılması, nə də pul-kredit göstəricilərində müsbət dəyişiklik var. Ötən dövrdə kredit qoyuluşlarının həcmi azalıb, geri qayıtmayan problemli kreditlərin həcmi artıb. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsinin aşağı düşməsi ilə yanaşı onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxıb.

Hər iki tendensiyanın davamlı olması Mərkəzi Bankdan yeni addımlar atmağı tələb edir. Odur ki, Mərkəzi Bankın sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi. Mərkəzi Bankın manatı sabitləşdirmək üçün çox seçimi yoxdur. Məzənnənin tənzimlənməsinin iki yolu qalıb: valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə 7 milyard dollar ehtiyatı da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazar iştirakçılarının ixtiyarına vermək. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlıq tələb edir. Əks təqdirdə bazar tənzimlənməsi zamanı manat kəskin ucuzlaşa bilər. Buna yol verməmək üçün keçid dövrünün tədbirlərindən birinin yeni devalvasiya olması mümkündür”.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol