• $
  • €
  • ₽
  • ₺
  • £

"Yeni neft sazişi imzalanacaq" - XOŞBƏXT YUSİFZADƏ

"Yeni neft sazişi imzalanacaq" - XOŞBƏXT YUSİFZADƏ
14.10.2015 15:54
Bu ilin sonuna qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalanacaq. 

ANN.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə "Caspian Europa Club"da keçirilən təqdimetmə mərasimindən öncə jurnalistlərə açıqlamasında verib. Onun sözlərinə görə, müqavilə 2024-2040-ci illərdə qüvvədə olacaq: "Azəri-Çıraq-Günəşli" yatağı istifadəyə veriləndən indiyədək 381 milyon ton neft hasil olunub"

X.Yusifzadə qeyd edib ki, bu həcmin 208 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb: "2015-ci ilin 9 ayı ərzində "Azəri-Çıraq-Günəşli"dən 23,5 milyon ton neft hasil edilib, bu həcmin 15,5 milyon tonu isə mənfəət neftinin payına düşüb. Bu da ümumi hasilatın 66 faizi deməkdir. Göründüyü kimi, mənfəət nefti ilbəil artır. Mənfəət nefti təxminən 75-80 faziə çatacaq".
 
X.Yusifzadə vurğulayıb ki, yeni müqavilədə SOCAR-ın pay bölgüsü bir qədər artıq olacaq. Müqavilə 2040-cı ilə qədər qüvvədə qala bilər: "Müddət daha da uzadılarsa, köhnə platformaların müəyyən qədər genişləndirilməsinə, yeni quyuların qazılmasına imkan yaranacaq. Təxminən 150 quyunun qazılacağı hesablanır, 48 quyuluq yeni platforma quraşdırılacaq". 

Vitse-prezident daha sonra əlavə edib ki, 2024-cü ildə hazırkı müqavilə bitən müddətdə 623 milyon ton neft hasilatı nəzərdə tutulur ki, bu da ümumi ehtiyatların 28%-i qədər olacaq: "2060-cı ilədək isə 1,2 mlrd, ton neft hasil olunacaq".
 
Xoşbəxt Yusifzadə neft və qaz yataqlarının axtarışı üzrə işlərin davam etdiyini də deyib. Onun sözlərinə görə, dənizin dərinliklərində əsasən qaz-kondensat yataqlarıdır: "Orada neft yataqlarının kəşfi mürəkkəbdir". 

Xoşbəxt Yusifzadə əlavə edib ki, Azərbaycan artıq yenidən quruda axtarışlara qayıdır: "Orada mezozoy çöküntüləri var və bu çöküntülərdə çoxlu işlər aparılır. Hazırda SOCAR yeni texnologiyalar vasitəsilə tədqiqat işlərinə başlamaq istəyir. Bu barədə biz bir sıra xarici şirkətlərlə müqavilələr bağlamışıq. Hazırda orada tədqiqat işləri aparılır ki, gələcəkdə mezozoy çöküntülərində kəşfiyyat işlərinə başlayacaq".

Qeyd edək ki, bu gün "Caspian Europa Club" Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə fəxri diplom təqdim edib və bununla bağlı mərasim keçirilib.
 
Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol