• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda 4 gün ərzində 6 tamaşa olacaq

Musiqili Teatrda 4 gün ərzində 6 tamaşa olacaq
14.10.2015 16:46

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17, 18 oktyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Ər və arvad” (Ü. Hacıbəyli), "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Düyməcik” (H.K. Andersen), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarından gedir. Tamaşaçılar 4 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Şaban Cəfərov, Gültac Əlili, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Nadir Xasıyev, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 oktyabr saat 12.00-da H.K. Andersenin "Düyməcik” əsəri rus dilində, 18 oktyabr saat 12.00-da isə O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol