• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ-nın bağladığı verilişə görə jurnalist hədələnir - “Sən öləcəksən”

MTRŞ-nın bağladığı verilişə görə jurnalist hədələnir - “Sən öləcəksən”
15.10.2015 09:40
Gənc yazar və jurnalist Orxan Bahadırsoy AzadlıqRadiosuna göndərdiyi məktubunda ölümlə hədələndiyini bildirib.

"Qafqazinfo”nun məlumatına görə, jurnalist yazır:

"İki gün əvvəl ATV-də yayımlanan "Qaynanamız” serialı ilə bağlı yazı yazıb yayımlamışdım. Dünən (oktyabrın13-də-red.) isə MTRŞ-nin qərarı ilə həmin serialın yayımı bir aylığa dayandırılıb.




MTRŞ-nin bu qərarından sonra həmin serialın kollektivindən mənim facebook profilimə və telefon nömrəmə gələn təhqir və təhdid mesajlarının ardı-arası kəsilmir”.

Orxan Bahadırsoy məktubuna hədələyici mesajların fotolarını və zənglərin audioyazılarını, göndərən şəxslərin ad və soyadlarını əlavə edib.




"Dünən "Qaynanamız” serialının aktyorlarından biri facebookda yazıb nömrəmi istədi. Mesajın mətni belə idi: "Orxan, mənə öz nömrəni yaz, səninlə çox səmimi söhbətim olacaq”.

Mən də telefon nömrəmi yazdım. Bu günsə zəng edib təhqir və təhdid etdi” - deyə Orxan Bahadırsoy yazıb.

O, "Sən öləcəksən. Bunu mən sənə deyirəm”, "Səni ağlar günə qoyacağıq” kimi hədələyici mesajlar alır.
Yazar özünü təhlükə ilə üz-üzə hiss etdiyini və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir.


 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol