• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı İŞİD-çi ilə bağlı AÇIQLAMA

Azərbaycanlı İŞİD-çi ilə bağlı AÇIQLAMA
15.10.2015 10:45
"Terror hadisələri ilə bağlı hüquq-mühafizə orqanları ilə çalışırıq”.

Türkiyə tərəfi Azərbaycan vətəndaşlarının və ya milliyyətcə azərbaycanlı şəxslərin Türkiyədəki terror hadisələrində iştirakı ilə bağlı Azərbaycan tərəfinə heç vaxt sorğu ilə müraciət etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC-yə bildirib.

Türkiyə mətbuatı Ankarada ötən bazar günü baş vermiş partlayışa görə Ülkər Məmmədova adlı bir qadının da aralarında olduğu 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Həsən Zeynalovun sözlərinə əsasən, konsulluğun bir əməkdaşı "Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb".

"Biz də adıçəkilən şəxsin Azərbaycanla bağlılğı məsələsinin araşdırılmasında maraqlıyıq. Ülkər Məmmədovanın azərbaycanlı ola bilmə ehtimalı yalnız bizim mətbuatda gedib. Türkiyə mətbuatında isə sadəcə qadının ad-soyadı verilib, milliyyəti və ya vətəndaşlığı ilə bağlı heç nə yazılmayıb",- deyə baş konsul bildirib.

"Bununla bağlı müəyyən dairələrə sorğu vermişik. Bu sorğuya cavab verilməsini gözləyirik. Baş konsulluq olaraq bölgədə baş verən terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları ilə mütamadi çalışırıq",- deyə baş konsul əlavə edib.

Türkiyə paytaxtı Ankarada şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol