• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda ilk dəfə landşaftı olan piyada körpüsü tikiləcək

​Azərbaycanda ilk dəfə landşaftı olan piyada körpüsü tikiləcək
15.10.2015 19:33
 "Bakı Ağ Şəhər"də yeni piyada körpüsü layihələndirilib. Nobel prospekti üzərindən salınacaq yüksək səviyyəli körpü "Ağ Şəhər"in şimal və cənubunu birləşdirəcək və prospektin yeni nişanına çevriləcək.

"Bakı Ağ Şəhər"dən "Report"a verilən xəbərə görə, eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin üçüncü mərtəbəsinə və şimalda Fəvvarələr Meydanının mərkəzinə, alt qatı isə "Central Plaza" ofis binalarının meydanına çıxacaq. Piyadalar həmçinin yaxınlıqda yerləşəcək "Ağ Şəhər" metro stansiyasına da rahat keçid əldə edəcəklər.

Layihə Niderlandın aparıcı memarlıq şirkəti "UN Studio" tərəfindən verilib. 1988-ci ildə təsis edilmiş bu studiya memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə "UN Studio" tərəfindən Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpüləri araşdırılıb. Bu şirkətin verdiyi unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli (skamyalar, məhəccər, zibil qutuları), rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Körpünün mərkəzində hər iki tərəfdən ucalan və üçbucaq şəklində birləşən dəmir-beton qüllələr nəzərdə tutulub. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bu elementlər körpünü canlı ictimai məkan etmək məqsədi daşıyır. "Ağ Şəhər"in landmarklarından biri sayılan körpü Azərbaycanda bu növ ilk piyada körpüsü olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol