• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə seçicilərlə görüş keçirdi - FOTOLAR

Asim Mollazadə seçicilərlə görüş keçirdi - FOTOLAR
15.10.2015 20:14
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşüb. 

ANN.Az xəbər verir ki, millət vəkili seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib. 

Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə deyib ki, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməlidir.

Azərbaycanın imza atdığı strateji layihələrə, ölkənin inkişaf imkanlarına toxunan millət vəkili, bu gün təhsil, səhiyyə və sosial sahədə islahatların davam etdirilməsinin zəruri olduğunu dilə gətirib. O, xüsusi imtiyazlı təbəqələrin - şəhid ailələrinin, müharibə əlil və veteranlarının, sosial imkanları məhdud olan aztəminatlı insanların dövlət tərəfindən ciddi qayğı ilə əhatələnməsinin vacib olduğunu deyib. 

Millət vəkili Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəallığının artırılması, gənclərin keyfiyyətli təhsillə təmin olunması, insanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, tibbi sığorta sisteminin yaradılması ilə bağlı fikirlərini seçicilərlə bölüşüb.

Seçicilər də öz növbələrində Asim Mollazadəyə Nəsimi seçicilərinin problemlərinə hər zaman diqqət göstərdiyinə görə təşəkkür ediblər. Onlar Asim Mollazadədən sosial müavinətlərin artırılması, tibbi sığorta və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı məsələləri parlamentin gündəliyinə gətirməyi xahiş ediblər.
 









www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol