• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrında 9 gün ərzində 26 tamaşa - Fotolar

Gənc Tamaşaçılar Teatrında 9 gün ərzində 26 tamaşa - Fotolar
16.10.2015 13:28


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının ikinci yarısı 9 gün müddətində teatrsevərlərə 25 tamaşa təqdim edəcəkdir. Tamaşalardan 16-ı yerli teatrsevərlər üçün, 10-u isə xarici ölkədə qastrol səfərində nümayiş ediləcəkdir.

 

 

ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşalar həm teatrın daimi qonağı olan məktəblilər, həm də axşam tamaşaları olaraq gənclər və yaşlı nəsli maraqlandıran mövzulara həsr olunub.

 

 

Teatr oktyabr ayının 16-da saat 19.00-da yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim” tamaşasını nümayiş etdirəcəkdir.

 

 

Məktəblilər oktyabrın 17-18 tarixlərində saat 12.00-da "Balaca və damda yaşayan Karlson” (A.Tolstoy) və "Ələddinin sehrli çırağı” (Ərəb Xalq nağılı) tamaşalarına baxacaqlar. Həmin günlər böyüklər üçün isə İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı” və Ə.Əmirlinin "Hasarın o üzü” təqdim ediləcəkdir.

 

 

Oktyabr ayının 21-də saat 16.00-da Ə.Əmirlinin "Mən səni sevirəm”, 23-də saat 19.00-da V.Siqarevin "Ağ ölüm”, 24-də saat 09.30, 12.00-da S.S.Axundov, A.Şaiqin "Qaraca qız”, saat 19.00-da Elçinin "Buzovna kəndinin əhvalatları”, oktyabr ayının 25-də saat 12.00 və 14.00-da Xalq nağılı "Qoğalın nağılı”, axşam saat 19.00-da isə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” tamaşası nümayiş olunacaqdır.

 

 

Kollektiv oktyabrın 26-dan 30-a dək Rusiyanın Elista şəhərində 10 tamaşa təqdim edəcəkdir. Səfərdən sonra, oktyabr ayının 31-də saat 12.00 və 14.00-da "Dəcəl keçi” (Pərvin), axşam saat 19.00-da "III Riçard” (U.Şekspir) tamaşası teatrsevərlərin diqqətinə təqdim ediləcəkdir.

 





































 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol