• $
  • €
  • ₽
  • ₺
  • £

Yumurta nə üçün 18 qəpik oldu

Yumurta nə üçün 18 qəpik oldu
16.10.2015 22:10
Xüsusilə də xırda mağazalarda yumurtanın bir ədədi 18 qəpikdən satışa çıxarılıb.

virtualaz.org-un məlumatına görə, metronun "28 may” stansiyasının yaxınlığındakı mağazalarda yumurta 18 qəpiyədir. İri ticarət mərkəzlərində yumurta 13-14 qəpiyə təklif edilir. Topdansatış müəssisələrində isə 10-11 qəpiyədir. Halbuki ötən həftə yumurta 8 qəpiyə təklif edilirdi.

Hazırda ölkədə ildə 1 milyard 300 milyon ədəd yumurta istehsal edilir. Ölkə əhalisinin yumurtaya tələbatı isə 2 milyard 600 milyon ədəddir.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov sayta deyib ki, mövsümlə əlaqədar yumurtanın qiymətində artım müşahidə edilir. Lakin indiki artım olduqca böyükdür: "Hazırda Ukraynada yumurtanın qiyməti 5 qəpikdir. Rusiyada 6, Gürcüstanda 6-7 qəpik arasında dəyişir. Azərbaycanda isə sahibkarlar sövdələşməyə gedirlər. Ölkəyə digər sahibkarların yumurta gətirməsinə imkan verilmir. Yumurta istehsalı, satışı bir dairədən idarə olunduğu üçün istənilən zaman qiymətləri dəyişə bilirlər”.

Ekspertin sözlərinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər: "Mövsümlə əlaqədar istehsal zəifləsə də hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdən çox deyil. Təəssüf ki, bu sahədə rəqabət yoxdur. Buna görə də yumurtanın qiymətini istənilən vaxt artırıb-azaldırlar”.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə qiymətlərin artırılması ilə bağlı məlumatlı olmadıqlarını deyiblər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol