• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda “Baladadaşın toy hamamı”nda teatrla kino sintez ediləcək

Musiqili Teatrda “Baladadaşın toy hamamı”nda teatrla kino sintez ediləcək
19.10.2015 18:00
Azərbaycan Dövlət Musiqili Teatr daha bir premyeraya hazırlaşır.

ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” komediyasından gedir. Məşq prosesində olan tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova "Baladadaşın toy hamamı”nda teatrla kinonun sintezini araya-ərsəyə gətirməyə çalışıb. "Məşqləri xeyli vaxtdır ki, davam edən bu səhnə əsəri Xalq yazıçısı Elçinin eyni adlı hekayəsi əsasında hazılanır. Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir.Kənddə isə yanlız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni – Baladadaşın "bəy hamamını” - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına baxmayaraq dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq”, - deyə Cənnət Səlimova bildirib.

Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, drijoru Fəxrəddin Atayev, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol