• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir dövlət komitəsi yoxlamaları dayandırdı

Daha bir dövlət komitəsi yoxlamaları dayandırdı
20.10.2015 11:56
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyəti yenidən təşkil olunacaq

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı 19 oktyabr 2015-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib.
 
Komitədən "APA-Economics”ə verilən məlumata görə, iclasda çıxış edən komitənin və kollegiyanın sədri Ramiz Həsənov bu ilin 9 ayı ərzində qazanılmış uğurlar haqqında məlumat verərək bildirib ki, dünyada gedən mənfi sosial-iqtisadi proseslər, bir çox ölkələrdə mövcud olan sosial-iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu ilin 9 ayı ərzində iqtisadiyyatın dayanıqlı inkişafı təmin olunub.
 
Bu ilin 9 ayında ÜDM 3,7% artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötüb, sənaye istehsalında 2,1%, qeyri-neft sənayesində 10,4%, kənd təsərrüfatında 6,7%, ümumilikdə qeyri-neft sektorunda 6,4% artıma nail olunub.
 
Sədr həmçinin bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və təşviqi, sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, korrupsiya və rüşvətxorluğa, iqtisadi inkişafa süni maneələrə qarşı mübarizənin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
 
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə R. Həsənov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılıb, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası fəaliyyəti təkmilləşdirilib. Sədrin sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir.
 
Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam etməkdədir.
 
Bununla yanaşı, öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyyələrin verilməsi ilə bağlı qərar qəbul olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol