• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktyoru Əzizağa Əzizov 55 yaşını qeyd edir

Musiqili Teatrın aktyoru Əzizağa Əzizov 55 yaşını qeyd edir
20.10.2015 12:19

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, bu yaxınlarda "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş Əzizağa Əzizov doğum gününü qeyd edir.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu gün Əzizağa Əzizovun 55 yaşı tamam olur. "Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız – çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya "Sağ olun! Var olun!” deyirəm. Bildiyiniz kimi bu yaxınlarda Əməkdar artist fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına - Prezident İlham Əliyev cənablarına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti, fəxri adı 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm”, - deyə Əməkdar artist Əzizağa Əzizov bildirib.
 
 
Qeyd edək ki, Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-cı il tarixində anadan olub. 1983-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili Komediya aktyoru» fakultəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Kirovobad (Gəncə) Dövlət Dram Teatrında başlayıb.
 
1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirib. 1989-1990, 1994-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyib. Müəyyən fasilədən sonra - 1999-cu ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. Buna misal olaraq Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Qoçu Əsgər, Emin Sabiroğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Zaur, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da 1-ci adam, Ramiz Mustafayev, Abdulla Qüdrət «Volqalı canan»da Doymaz, Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət»də Şvartsneger, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Mərdi Məzarov, Sərdar Fərəcov «Bir günlük xəlifəlik»də şah, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Mikayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə, "Kələkbazlar”da Seyfi, Cavanşir Quliyev, Əli Əmirli, "Yeddi məhbusə anası”nda ata Babək, İmre Kalman "İdialı qaraçı”da Polkovnik, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Sultan bəy,Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Mixo, Siyavuş Kərimi, Ə. Ol "Kimyagər”də Hacı Kərim və s. yaddaqalan obrazları qeyd etmək olar. Bir sıra serial və filmlərdə, o cümlədən, "Aramızda qalsın” Əjdər, "Ci-Mi” Badrinarx,  "Dəvətnamə” Pul yazan, "Hərənin öz payı+tayı” Əlipaşa, "Şans” Səlam, "Yaşıl eynəkli adam-3” Serjant, "Qardalı kəndinin gecələri” Xasməmməd, "Bizim bayram” Əzizağa, "Bir ailəm var” Vidadi və başqa obrazları canlandırıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol