• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi tərəfindən lisenziya verilən qurumların adları açıqlandı

Təhsil Nazirliyi tərəfindən lisenziya verilən qurumların adları açıqlandı
20.10.2015 23:59
Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilən qurumların adları açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə hazırda Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, ilk peşə məktəblərinə, ilk peşə liseylərinə, orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrinə, orta dini və ali dini təhsil müəssisələrinə lisenziya verilir.
 
Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir: "Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir”.
 
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 17-ci hissəsinə əsasən xüsusi razılıq (lisenziya) verilməsinə görə məktəbəqədər təhsil müəssisələri - 2500 manat, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsili müəssisələri - 4000 manat, ilk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr, əmək birjaları, məşğulluq idarələri və digər qurumlar - 3000 manat, ali təhsil müəssisələri - 5500 manat, əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr - 3000 manat, dini orta ixtisas təhsili müəssisələri - 4000 manat, ali dini təhsil müəssisələri - 5500 manat məbləğində dövlət rüsumu ödəyir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol