• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasi-zadə Nazirlər Kabinetinin qərarlarından birini ləğv edib

Artur Rasi-zadə Nazirlər Kabinetinin qərarlarından birini ləğv edib
29.05.2020 08:29
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” qərarını ləğv edib.

"Report”un məlumatına görə, qərarın ləğv edilməsi barədə sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Ləğv edilmə ilə bağlı qərar "Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Ləğv olunan qayda sənədi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisində tikinti norma və qaydalarına, müvafiq qaydada təsdiq edilmiş layihə sənədlərinə və normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində yol verilmiş pozuntuların qarşısının alınması və aradan qaldırılması məqsədilə tikinti işlərinin dayandırılması mexanizmini müəyyən edirdi.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol