• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürülən jurnalistin valideynləri İlham Əliyevə müraciət etdilər: “Süni şəkildə yubadılır”

Öldürülən jurnalistin valideynləri İlham Əliyevə müraciət etdilər: “Süni şəkildə yubadılır”
29.05.2020 01:00
Mərhum jurnalist Rasim Əliyevin valideynləri prezident İlham Əliyevə müraciət məktubu ünvanlayıblar. Bu məlumatı ANN.Az vəkil Əsabəli Mustafayev verib. 
 
 

Onun sözlərinə görə, valideynlərin dövlət başçısına müraciət etməsinin səbəbi istintaqın gedişatından razı qalmamalarıdır. "İstintaqın 2 ay yarımdan çox müddətə davam etməsinə baxmayaraq, ortada heç bir nəticənin olması valideynləri narahat edir və onlar bundan narazıdılar. Valideynləri dəfələrlə istintaq qrupunun rəhbərinə, üzvlərinə müraciət edir, hər hansı məlumatın olub-olmaması ilə maraqlanırlar. Valideynlər yeganə oğul övladlarının vəfatının səbəblərini araşdırmaq üçün  təyin olunmuş məhkəmə-tibb ekspertizasının, Rasimin ölmündə həkim səhlənkarlığının olub-olmaması barədə mütəxəssis rəyi verməli olan Səhiyyə Nazirliyinin nəzdindəki xüsusi komissiyasının rəyləri nə istintaqa, nə də ailəyə təqdim verilmədiyini deyiblər. Onların fikrincə,  rəylərin bu günə qədər hazır olmaması istintaqın gedişinə ciddi maneələr törədir. Valideynlər hesab edir ki, Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığı  da ciddi rol oynayıb və komissiyanın rəyinin istintaqa təqdim edilməməsi şübhələrinizi daha da artırır. Qanuna uyğun olaraq, tibbi ekspertizanın rəyi bir ay ərzində istintaqa təqdim edilməli idi. Onların prezidentə yazdığı müraciətdə deyilir ki, naməlum səbəbdən həm məhkəmə-tibb ekspertiza idarəsi, həm də Səhiyyə Nazirliyi bu rəyin verilməsini süni şəkildə yubadır”. 

Vəkil xatırladıb ki, faciə baş verən gündən dövlət başçısı bu hadisəni nəzarətinə götürdüyünü bildirib və hazırda valideynlər də bu səbəbdən ölkə rəhbərliyinə  müraciət edərək şikayətlərini onun diqqətinə çatdırmaqdır: "Valideynləri narahat edən digər məqam isə Rasim Əliyevi ilk müayinə edən həkimlərin tam ətraflı yoxlanılmamasıdır. Həkim səhlənkarlığı, həkim rəyləri, ilkin yoxlanışların tam araşdırılıb onlara məlumat verilməməsi ailəni daha çox narahat edir”. 

Əsabəli Mustafayev onu da qeyd edib ki, Bakı Şəhər Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri  müstəntiq Kamran Məmmədov iki həftəlik bülletenə çıxıb: "Valideynlər prezidentə müraciətdə bildiriblər ki,  bu səbəbdən də Rasim Əliyevin ölümü ilə bağlı istintaq tədbirləri tamamilə dayandırılıb. Onlar ehtimal edirlər ki, bəzi şəxslər istintaqın uzadılmasından sui-istifadə edərək oğullarının ölmündə təqsiri olanları məsuliyyətdən yayındırmaq niyyəti  güdürlər”.
 
 

Mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ANN.Az-a açıqlamasında prezident İlham Əliyevə müraciət etdiklərini deyib. O, bütün faktların ortada olduğu, günahkarın bəlli olduğu bir şəraitdə istintaqın bilərəkdən uzadıldığından şikayətçi olub: "Həkimlərlə bağlı tam araşdırma aparılmır. Niyə onlar məhsuliyyətə cəlb olunumurlar? İstintaqda kamera görüntülərinə hələ də baxa bilməmişik. Amma qarşı tərəfinin vəkilinə həmin görüntüləri göstəriblər. Bizə göstərilməməsinin əsas səbəbi nədir? Niyə bizdən gizli saxlanılır fotolar, görüntülər? Bax bütün bunlar artıq 3 aya yaxın müddətdir ki, bizi çox narahat edir”. 

T.Əliyevə prezidentə müraciətdə oğlu Rasim Əliyevin ölümü ilə bağlı cinayət işini şəxsi nəzarətə götürülməsini nəzərə alaraq ekspertiza idarəsinə və Səhiyyə Nazirliyinə qısa zamanda rəy vermə tapşırığı verməsini xahiş ediblər: "Cənab prezidentdən həmçinin xahiş edirik ki, Bakı Şəhər Prokurorluğu tərəfindən  istintaqın gedişinin sürətləndirilməsi ilə də bağlı tapşırıq versin”.

Orxan Aslanlı


 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol