• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yaydı
22.10.2015 18:51
"Ağstafa rayonu M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC-nin fəaliyyətində yol verilmiş qanun pozuntularına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan cəmiyyətin sabiq direktoru Mansır Mansırovun və MMC-nin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək haqqı və müqavilə öhdəlikləri adı ilə pul vəsaitlərinin saxta sənədlər tərtib etməklə mənimsəmələri, eyni zamanda 3486 baş xırdabuynuzlu heyvanların ölüm və məcburi kəsim aktlarının qəsdən uçotdan gizlədilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə onlara etibar edilmiş ümumilikdə 196 min manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol