• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Mərkəzi Bankı avronun ucuzlaşması barədə qərar verib

Avropa Mərkəzi Bankı avronun ucuzlaşması barədə qərar verib
22.10.2015 19:00
Avropa Mərkəzi Bankının (AMB) bu gün keçirilən növbəti iclasında bankın sədri Mario Draqi monetar ekspansiyanı davam etdirmək qərarı verdiklərini bildirib.
 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, AMB bu ilin yanvar ayında təsdiq etdiyi 1,1 trln. avro (1,25 trln. dollar) həcmində maddi aktivlərin alınması proqramını gələn ilin sentyabr ayına qədər və ondan sonrakı dövrdə də davam etdirmək barədə qərar qəbul edib.

M.Draqinin sözlərinə görə, inflyasiyanın daha çox düşmək riski var və inflyasiya qısamüddətli perspektivdə çox aşağı səviyyədə qalacaq. AMB neftin qiymətinin yaxın illərdə bir qədər artacağını ehtimal edib, Avrozona iqtisadiyyatının perspektivlərində isə yavaşlama tendensiyası riskini proqnozlaşdırıb.

M.Draqinin bu açıqlamalarından sonra Avrozonada likvidliyin artması gözləntiləri avronun məzənnəsini aşağı salıb. Avro dollarla müqayisədə 1,3% azalaraq 1,1190 səviyyəsinə enib. Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırmağa başlaması ilə dolların avro ilə müqayisədə daha da güclənəcəyi proqnozlaşdırılır. 

"Report"un Analitik Qrupu son açıqlamalardan sonra avronun məzənnəsinin zəifləyəcəyini və dollarla paritetə yaxınlaşacağını ehtimal edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol