• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölümü ilə bağlı xəbər var

Rasim Əliyevin ölümü ilə bağlı xəbər var
22.10.2015 19:30
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktı üzrə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim edilməməsi barədə məlumatları təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmir:
 
”Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilib. Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilib.

Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərəçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcək”
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol