• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi: Əməkdaşlığı davam etdirə bilmərik

Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi: Əməkdaşlığı davam etdirə bilmərik
23.10.2015 15:00
"Biz dəvətimizdən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik"

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş 1072 saylı iclasında "ATƏT/DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb.
 
APA-nın xəbərinə görə, bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir: "Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil. ATƏT PA seçkiləri müşahidədən imtina edən tərəfdir. Ona görə də yenidən əməkdaşlığa başlamaq barədə çağırış bizə deyil, assambleyanın əməkdaşlıqdan imtina edən nümayəndələrinə ünvanlanmalıdır. Biz dəvətimizindən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”, - deyə bəyanatda vurğulanır.
 
Sənəddə deyilir ki, ABŞ-ın ATƏT-dəki səfirinin Azərbaycan tərəfindən yuxarıda qeyd olunan məsələnin qaldırılmasının qanuni qüvvəyə malik olmadığının bildirilməsi qeyri-konstruktiv yanaşmadır: "Şura formal orqandır, lakin biz hələ də müəyyən məsələni qaldıra bilərik. Direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. ATƏT-ə üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, DTİHB məsləhətləşmələr aparmalı idi. Lakin  o, bunu etməyib və özbaşına qərar qəbul edib. Biz rəqəmləri, metodologiyanı, məhdudiyyətləri və digər məsələləri bir kənara qoyuruq. Biz mandatın pozulması ilə bağlı məsələ qaldırırıq.  Həmçinin məlumat almışıq ki, müvafiq qərar qəbul edilməzdən öncə DTİHB Sədrliklə bu barədə məsləhətləşmə aparıb. Lakin biz Sədrlikdən bu qərarın qəbul edilməsindən öncə məsləhətləşmələr aparılıb-aparılmadığı barədə cavab almamışıq. Nəhayət, biz DTİHB-nin ATƏT-ə üzv dövlətlərin gözləntilərinə əməl etməli olduğuna inanırıq”.
 
Bəyanatda o da diqqətə çatdırılır ki, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz. Bildirilir ki, Daimi Şura tərəfindən direktor Linkə seçkilərlə bağlı məsələlərlə məşğul olmaq səlahiyyəti verilib. Üzv dövlət tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda,  o, bu məsələni Şuraya ötürməli idi. Lakin Lnk bunu etməyib, bu isə mandatın pozulmasıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol