• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Azərbaycanın üçüncü peykinin hazırlanması ilə bağlı tender başa çatıb”

Nazir: “Azərbaycanın üçüncü peykinin hazırlanması ilə bağlı tender başa çatıb”
24.10.2015 17:41
"Azərbaycanın ikinci milli telekommunikasiya, ümumilikdə isə üçüncü süni peykinin hazırlanması üçün elan olunan tender artıq başa çatıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
 
Nazir qeyd edib ki, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos” şirkəti uğurla fəaliyyət göstərir: "Kosmik sənaye ölkəsinə çevrilən Azərbaycan yeni süni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyir. Hazırda "Azərspace-1” və "Azərsky” peykləri fəaliyyət göstərir”. 
 
Üçüncü peykin hazırlanması və yaxın gələcəkdə orbitə çıxarılması barədə məlumat verən nazir Ə. Abbasov deyib ki, ABŞ, Kanada və Fransa şirkətlərinin iştirak edəcəyi bu layihə ölkəmiz üçün çox səmərəli olacaq.
 
"Bu layihə ABŞ şirkəti tərəfindən hazırlanacaq, ümumi maliyyələşmə isə Kanadanın İdxal və İxrac Bankı tərəfindən həyata keçiriləcək. "Azərspace-2" peyki orbitə 2017-ci ildə qaldırılacaq. Azərbaycan peykin orbital mövqeyini "İntelsat” şirkətindən 25 illiyə icarəyə götürəcək. Kanada bankının maliyyələşdirəcəyi peyk orbitə buraxılandan bir il sonra "Azərkosmos” şirkəti əldə edilən gəlirlər hesabına ödənişlər aparacaq. Yəni həmin vaxt peyk artıq özünü maliyyələşdirə biləcək. Bunun ölkəmiz üçün ikinci böyük səmərəli tərəfi odur ki, bu peyk yeni bir qruplaşmada olacaq. Yəni, həmin qruplaşmada yeni texnologiya əsasında hazırlanan radar peykləri də mövcud olacaq. Bu da imkan verəcək ki, Azərbaycan telekommunikasiya imkanlarını artırmaqla yanaşı, həm də yer səthini müşahidə imkanlarını genişləndirsin", - deyə o vurğulayıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol