• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınların cinayət törətməsinin səbəbləri açıqlandı

Azərbaycanda qadınların cinayət törətməsinin səbəbləri açıqlandı
24.10.2015 19:44
 "Qadınların cinayət törətməsinin əsas səbəbi ailə münaqişələri və ailədaxili problemlərdir".
 
Bunu "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, qadınların əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədi ilə cinayətə əl atırlar: "Qadınların cinayət törətmələrinin tamah, adam oğurluğu, insan alveri, fahişəliyə cəlb etmə və s. səbəbləri var.

Son dövrlərdə cinayət törədən qadınların ən çoxu ailə daxilində dözülməz münasibət və davamlı münaqişələrə etiraz edənlərdir. Dözülməz ailə problemləri onları cinayətə sövq edir".

A.Veysəlova əlavə edib ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir: "2014-cü ildə 15 560 nəfər cinayət törətmiş şəxs qeydə alınıb ki, onların 971 nəfəri qadındır".

Baş məsləhətçi xatırladıb ki, 2010-cu illə müqayisədə 2014-cü ildə cinayət törədən qadınların sayı 2,4 dəfə azalıb: "2010-cu ildə 2 318, 2011-ci ildə 2 074, 2012-ci ildə 1 677, 2013-cü ildə 1 012, 2014-cü ildə 971 nəfər cinayət törətmiş qadın olub. Azərbaycanda cinayət törədən qadınların sayında ilbəil azalma müşahidə olunur".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol