• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktrisası dəfn olundu - FOTOLAR

Musiqili Teatrın aktrisası dəfn olundu - FOTOLAR
26.10.2015 11:15
Azərbaycan Respublikasının Əməkdar artisi, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova bu gün Şəhər qəbirstanlığında dəfn olunub.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dəfndən öncə mərhumənin evində cənazə namazı qılınıb. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Gülnar Salmanovanın sənəti, yaratdığı bənzərsiz obrazlar, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında danışıb. Dəfn mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, Dövlət Musiqili Teatrının rəhbərliyi və bütün kollektivi, Gülnar Salmanovanın yaxınları və sənətini sevən sadiq tamaşaçıları iştirak edib. Habelə dəfn mərasimində Azərbaycan Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı və başqa sənət ocaqlarının rəhbər şəxsləri və aktrisanın sənət dostları iştirak ediblər.
 
 
Qeyd edək ki, Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən "Subretka” ampluasında çıxış edirdi. Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, "Beş manatlıq gəlin”də Naznaz, "Özümüz bilərik”də Ceyran, "Subaylarınızdan görəsiniz”də Çarliston, "Bankir adaxlı”da Maral, "Məhəbbət oyunu”nda Ceyran, "Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol