• $
  • €
  • ₽
  • ₺
  • £

“Jurnalistlərə dəyər verək!” layihəsi növbəti tədbirini həyata keçirdi - FOTOLAR

“Jurnalistlərə dəyər verək!” layihəsi növbəti tədbirini həyata keçirdi - FOTOLAR
26.10.2015 10:36
"Junalistlərə dəyər verək!” layihəsi çərçivəsində növbəti tədbir gerçəkləşib. 
 
"Today`s Baku” və Anadolu Universitetinin Azərbaycan rəhbərliyi bu dəfə də jurnalistlərı qiymətləndirməyi və unutmadıqlarını bir daha sübut edib.

"Today`s Baku”nun direktoru Vüqar Ağamalıoğlu və Anadolu Universitetinin Azərbaycan rəhbəri  Azər Hətəmov da jurnalistlərlə birgə Quba rayonunun Qəçrəş kəndində olublar. Layihə çərçivəsində gerçəkləşən əvvəlki tədbirlər kimi bu dəfə də jurnalistlərin rahatlığı və istirahəti düşünülmüşdü və onlar üçün hər cür şərait yaradılmışdı. Qələm sahiblərinin istirahəti üçün futbol, voleybol və digər oyunlar təşkil edilmiş, hər bir kiçik detal nəzərə alınmışdı.

"Jurnalistlərə dəyər verək!” layihəsinin təşkilatçısı Vüqar Ağamalıoğlu bu tədbirin təşkilində onlara dəstək olanlara öz təşəkkürünü bildirib: "Bu bizim "Jurnalistlərə dəyər verək!” adı altında həyata keçirilən 4-cü tədbirimizdir. Bu tədbirə 40 yaxın jurnalist qatılıb və onların Azərbaycan regionlarını gəzməsi, bir arada olmaq imkanı qazandırması üçün, ümumiyyətlə yüksək səviyyədə istirahətlərinin təşkili üçün bütün imkanlardan istifadə edilib. Bizə dəstək olan Anadolu Universitetinin Azərbaycan rəhbərliyinə, xüsusilə Azər Hətəmova dərin təşəkkürümüzü çatdırıram. Onu da vurğulamaq istəyirəm ki, bu tədbirlərimizi davamlı keçirəcəyik. Məqsəd dövlətimizi sevdirmək, jurnalistləri pulsuz istirahətini təşkil etməkdir. Hər şeyi dövlətdən gözləmək düzgün deyil, özümüz də dövlətimiz üçün nəsə etməliyik”.

Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmov da layihədə iştiraklarından məmnun olduqlarını qeyd edib: "Bu kimi tədbirlərin tez-tez həyata keçirilməsini, jurnalistlərə qiymət verilməsini və daim onlara dəstək olmağı unutmamaq lazmdır. Bu dövlət bizimdi və biz də ona dəstək olmalıyıq”.

Sonda layihəyə qatılan jurnalistlər təşkilatçılara öz minnətdarlıqlarını bildirib, "Jurnalistlərə dəyər verək!” layihəsinin davamlı olmasını diləyiblər.
 









www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol