• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondunun aktivləri azaldı

Dövlət Neft Fondunun aktivləri azaldı
26.10.2015 17:19
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb.

ARDNF-dən  verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində fondun büdcə gəlirləri 5 mlrd. 543,4 mln. manat, büdcə xərcləri isə 6 mlrd. 397,1 mln. manat təşkil edib.

"2015-ci ilin 9 ayı ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd. 492,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 mlrd. 479,5 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 8,4 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 mln. manata bərabər olub.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 7 mlrd. 828,3 mln. manat təşkil edib” - deyə, Fondun yaydığı məlumatda deyilib. 

Bundan başqa, Fonddan qeyd edilib ki, hesabat dövrü ərzində, fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,65 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 mln. manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 mln. manat vəsait yönəldilib. 16,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 489,3 mln. manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 20,2 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 mln. ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 mln. ABŞ dollarına bərabər olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol