• $
  • €
  • ₽
  • ₺
  • £

Bitki mühafizəsi üzrə əcnəbi mütəxəssislər Azərbaycanda olublar- Fotolar

Bitki mühafizəsi üzrə əcnəbi mütəxəssislər Azərbaycanda olublar- Fotolar
27.10.2015 14:00
Beynəlxalq ekspertlər - Sloveniyadan bitki mühafizəsi üzrə mütəxəssis Dr. Tanya Dreo və İsraildən toksikoloiya üzrə mütəxəssis Dr. İsaac Skalsky Azərbaycanda olub və yerli mütəxəssislərə xüsusi göstərişlər veriblər.

Dünya Bankının Kənd Təsərrüfatı Naziriyi ilə birgə həyata keçirdiyi Azərbaycanın kənd təsərrüfatının inkişafı kredit layihəsinin (ADCP) III fazası fəaliyyət başlayıb. Bu layihənin komponentlərindən biri - ərzaq təhlükəsizliyi, heyvan sağlamlığı və bitki mühafizəsi və karantini olmaqla yanaşı SFS xidmətlərinin gücləndirilməsini nəzərdə tutur. Qurumdan ANN.Az-a daxil olan xəbərdə deyilir ki, layihənin "Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi” sub-komponenti üzrə fəaliyyətlər məhz Dövlət Fitosanitar Nəzarəti Xidmətin (DFNX) gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı çərçivəsində əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün iri miqyaslı Dövlət Proqramları həyata keçirilir.
Proqram çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədovun "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) strukturunun təkmilləşdirilməsi barədə” əmrinə uyğun olaraq Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin yeni strukturu təsdiq edilib.

Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika laboratoriyaları yaradılıb. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin təyini və Mikotoksinlərin təyini laboratoriyaları fəaliyyət başlayıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətin (DFNX) gücləndirilməsi istiqamətində bu fəaliyyətlərin gerçəkləşməsi nəzərdə tutulub:

- zərərli orqanizmlərin diaqnostikası imkanlarının gücləndirilməsi;

- zərərli orqanizmlərə nəzarət və risklərin təhlili.

Birinci istiqamət üzrə Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza və Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin laboratoriyalarının lazımı avadanlıqlarla təchizatı və zərərvericilərin diaqnostikası üsullarının təkmilləşdirilməsi üçün laboratoriya əməkdaşlarına ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi, eləcə də ikinci istiqamət üzrə zərərli orqanizmlərə nəzarət və zərərli orqanizmlərin yayılması riskinin təhlil edilməsi imkanlarının gücləndirilməsi məqsədi ilə əməliyyat təlimatlarının və proseduraların hazırlanmasında Dövlət Xidmətinə texniki yardım və müasir yanaşmaların tətbiqi nəzərdə tutulub. Bu məqsədlə də rəhbər işçilər və heyət üçün təlimləri, proqram təminatı və lazımi avadanlıqlarla təchizatı edilməsi həyata keçiriləcək.

Artıq layihələrin icrasına başlanılıb və 05-21 oktyabr 2015-ci il tarixlərində beynəlxalq ekspertlər - Sloveniyadan bitki mühafizəsi üzrə mütəxəssis Dr. Tanya Dreo və İsraildən toksikoloiya üzrə mütəxəssis Dr. İsaac Skalsky Dövlət Xidmətində olublar.

Səfər çərçivəsində Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə mövcud vəziyyətin təhlili, işlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq yenidən qurulması, laboratoriyaların zəruri avadanlıqlarla təchizatı, zərərərli orqanizmlərin diaqnostikası, pestisidlərin, aqrokimyəvi maddələrin və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin təyini üsullarının təkmilləşdirilməsi məqsədilə laboratoriya işçilərınə ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.




 
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol