• $
  • €
  • ₽
  • ₺
  • £

IV Əl işləri festivalı – FOTOLAR

IV Əl işləri festivalı – FOTOLAR
27.10.2015 16:18
Lyubov Qasımova

Artıq 4-cü dəfədir ki, Könül Allahverdiyeva və Təranə Cəfərova əl işləri festivalını təşkil etdilər. Fevtivalı Kapelhausda – Azərbaycan-Almaniya dostluğu mərkəzində keçirmək artıq ənənə halını alıb. Bu dəfəki festivalın mövzusu "Mənim rahat evim” adlanırdı. 

23-24 oktyabrda Kapelhausda əsl bayram əhval ruhiyyəsi vardı. Yüksək səviyyəli ustalar özlərinin gözəl işlərini sərgiləyirdilər. Tədbirdə təcrübəli işçilər, təşkilatçılar, köhnə və yeni simalar iştirak edirdilər. 
 


İştirakçıların sayı çox idi, ona görə də onlar masaları əvvəlcədən sifariş vermişdilər. Hər tərəfdə təbii daşlardan olan çox sayda bijuteriyalar, muncuqlar, muran şüşəsindən olan polimer saxsılar gözə dəyirdi. Təbii materialdan olan kollajlar, trikotaj kuklalar, yağda və akrildə çəkilmiş şəkillər böyük assortimentdə təqdim edilirdi. 

Əl sənətləri incəsənəti rəngarəngliyi ilə heyrətə səbəb olurdu.

Rəssam Səbinə Kərimovanın yağlı boyayla, akvarellə və rəngli karandaşla çəkdiyi şəkillər, qrafik işlər, həmçinin  iynəylə tikdiyi işlər zərifliyi ilə göz oxşayırdı. Rəssamın işləri festivalın mövzusuna uyğun idi, istənilən evdə şəkillər rahatlıq və dinclik rəmzidir.  
 


Natalya Nazarova festivala çox sayda boşqablara təsvir edilmiş saatlar gətirmişdi. Saatlarda cizgi film personajları olan cürbəcür heyvanlar təsvir edilmişdi. 

Sabunbişirmə ustası Sevda Qasımova özünün yeni sabunlarını, üz və əl  üçün təbii nəmləndirici kremlərini, şampunlarını, dodaq üçün parladıcılarını, ətirlərini, balzamlarını təqdim edirdi. Svetlana Cəfərova və Tatyana Nağıyeva da şəxsi gigiyena üçün təbii vasitələrini nümayiş etdirirdilər. 

Bella Məlikova isə festivala özünün tikdiyi xalçalarını gətirmişdi, o artıq çoxdandır ki, bu işlə məşğuldur. Azərbaycanlının evini xalçasız təsəvvür etmək qəliz məsələdir. 

Festivalın təşkilatçısı Təranə Cəfərova isə balıqqulaqlarından düzəldilmiş şəkilləri gətirmişdi. Bu işlər də evlərə gözəl atmosfer və dinclik bəxş edir. 

Muran şüşəsindən naxışlar düzəldən və fincanlara, armudu stəkanlara, boşqablara vitrajlar çəkən Marina Səfərova festival haqqında bu sözləri dedi: "Kapelhausa festivala gələn hər kəsə təşəkkür edirəm! Biz, ustalar üçün bu, təkcə öz işlərimizi təqdim eləməyə imkan vermir, həm də ünsiyyət üçün və işlərimizi davam etdirmək üçün bir fürsətdir”. 
 


Səbinə Əhmədova, Marina Səfərova, Aytən Əliyeva, Nazilə Mustafabəyova tədbirin təşkilatçıları Təranə Cəfərovaya və Könül Allahverdiyevaya təşəkkür etdilər. 
Festivala ziyarətə gələnlərin sayı kifayət qədər çox idi. Valideynləri və müəllimləri ilə birgə gələn uşaqlar xüsusilə sevinirdilər. 

Əl işləri bayramı hamının ürəyincəydi. Bu festival təkcə təşkilatçıların, ustaların deyil, ora gələn ziyarətçilərin, iştitrakçıların da uzun müddət yaddaşında qalacaq. 

Festivaldan fotoları təqdim edirik: 
 














www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol