• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni universitet yaradıldı

Azərbaycanda yeni universitet yaradıldı
28.05.2020 23:18
Bu gün  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq Universiteti arasında hər iki ölkənin təhsil sistemində mühüm hadisəyə səbəb olacaq Azərbaycan-Fransa Universitetinin yaradılmasına dair geniş müzakirələr aparılıb. Görüşdə Fransanı Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə ali təhsil müəssisələrindən ibarət nümayəndə heyəti, Azərbaycanı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib.

Neft və Sənaye Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbycan Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universiteti (UFAZ) Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. Layihəyə əsasən burada digər fransız Universitetlərinin iştirakı da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan resurslarının toplanması məqsədilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacaq. 

Tədris ilkin mərhələdə tam ingilis dilində aparılacaq. Tələbələrin fransız dili səviyyəsi nəzərə alınmaqla qısa müddətdə bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə bakalavr təhsil səviyyəsi hazırlığı müəyyən olunur. Gələcəkdə isə magistr hazırlığı da aparıla bilər. 

Universitet 2016-2017-ci il tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq. Tələbələrin Universitetə ölkədaxili və regional sosial-iqtisadi tələbləri nəzərə alınmaqla 4 ixtisas üzrə - Geologiya və geofizika mühəndisliyi, Neft və qaz mühəndisliyi, Kimya mühəndisliyi texnoloji maşın və avadanlıqlar mühəndisliyi və eləcə də gələcəkdə İnşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi nəzərdə tutulur. Hər bir ixtisas üzrə 20 tələbənin qəbulu planlaşdırılır. Birinci ildə Universitetə qəbul Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qəbul planına salınaraq tədricən beynəlxalq təcrübəyə uyğun şəkildə ali məktəbin müvafiq komitəsi tərəfindən aparılacaq. Universitetdə əcnəbi tələbələrin - Fransa və üçüncü ölkə vətəndaşlarının təhsil alması üçün lazımi hüquqi və maddi baza yaradılacaq. 

Layihəyə əsasən UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yüksək idarəçilik və maliyyə hüquqlarına malik müstəqil təhsil müəssisəsi olan qurumdur. UFAZ-ın idarəçiliyi Fransa universitetlərində tətbiq olunan prinsiplər əsasında həyata keçiriləcək. Azərbaycan-Fransa Universitetinə təsisçilərin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasını Milli Təhsil və Ali Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsdiq olunmuş prezident rəhbərlik edəcək. UFAZ-ın digər strukturları tələbə kontingenti və qarşıda duran vəzifələri nəzərə alaraq prezident tərəfindən təsdiq olunur. UFAZ üçün Strasburq Universiteti ilə qarşılıqlı əməkdaşlıq nəticəsində Fransanın ali məktəblərində mövcud oln akademik standartlar, kurikulumlar, qiymətləndirmə prosedurları əsas götürülür. Müvafiq səviyyələr üzrə təhsil almış məzunların tərəfdaş universitetlərdə növbəti mərhələ üzrə təhsil almaları üçün güzəştlər edilməlidir. 

UFAZ Azərbaycan və Fransa ali məktəbləri arasında birgə elmi-tədqiqat layihələrini həyata keçirir və koordinasiya edir. UFAZ-ın professor-müəllim heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti, tərəfdaş Fransa və Azərbaycan ali məktəblərinin ən qabaqcıl əməkdaşlarının və frankfon ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı kadrların tədris prosesinə cəlb edilməsi nəticəsində yaradılır. Universitetin inzibati idarəçiliyinə və təhsil prosesinə cəlb olunan kadrları üçün Fransa Universitetində treninq və təlimlər keçiriləcək. Müfafiq ixtisaslar üzrə Fransa və Azərbaycan professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə yay və qış məktəblərinin təşkili nəzərdə tutulub. UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa Fransa ali məktəblərində təhsil almalarını təmin edən hazırlıq proqramı təşkil olunacaq. Eləcə də ingilis və fransız dilləri üzrə tələbələr və müəllimlər üçün dil hazırlığı kursları təşkil olunacaq. UFAZ-ın sonrakı fəaliyyətinə cəlb olunmsı və kadr hazırlığına yönələn ixtisasların tədrisi üçün Azərbaycan və fransız şirkətlərindən dəstək alınır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol