• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”

Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”
27.10.2015 17:43
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizəliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. 

Qızlar Universitetində baş tutan görüşdə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib. 

Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə Azərbaycanın ən böyük sərvətinin onun vətəndaşları olduğunu qeyd edib. Bir neçə il əvvələ kimi seçicilərlə işıq, qaz, su problemlərini müzakirə etdiklərini xatırladan millət vəkili, artıq bu problemlərin arxada qaldığını deyib. "İndi bizi daha qlobal məsələlərin həlli maraqlandırır. Ölkəmiz son illərdə sürətlə inkişaf  etdi. Dünya Azərbaycanın strateji əhəmiyyətini anladı və bizimlə böyük qardaş kimi deyil, tərəfdaş kimi  danışmaq lazım olduğunu qəbul etdi. Biz bu imkanlardan insanlarımızın savadlanması, sosial cəhətdən yaxşı təmin olunması üçün istifadə etməliyik. İlk növbədə gənclərimizin maariflənməsinə, dünya gəncləri ilə rəqabət apara biləcək səviyyədə hərtərəfli inkişaf etməsinə ehtiyac var. Təhsilə paralel olaraq onlar peşə öyrənməlidirlər. Bu gün ölkəyə yaxşı mühəndislər, informasiya texnologiyaları, turizm sahəsində mütəxəssislər, ən azı normal binalar tikə biləcək ustalara, aqrar sektorda çalışacaq peşəkarlar lazımdır. Şərt deyil ki, hamı universitet qurtarsın. Bizə universitet diplomlu savadsızlar ordusu deyil, peşəkar mütəxəssislər ordusu lazımdır. Bunun üçün peşə təhsili sisteminin inkişaf etdirilməsinə çalışmalıyıq” - deyə deputatlığa namizəd qeyd edib.
O, ölkədə təhsil, səhiyyə, sahibkarlığın inkişafı sahəsində islahatların prioritet olduğunu vurğulayıb.    

Seçicilər də öz növbələrində Asim Mollazadənin deputat fəaliyyətinə yüksək qiymət veriblər. Onun yenə də parlamentdə seçicilərin səsi olacağına, onları narahat edən məsələləri parlamentdə qaldıracağına və həllinə nai olacağına inam ifadə ediblər.  
 






www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol