• $
  • €
  • ₽
  • ₺
  • £

Girovlarımızdan YENİ XƏBƏR

Girovlarımızdan YENİ XƏBƏR
28.10.2015 09:00
Keçən il iyulun 14-də ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər var.

Qohumlarının ans press-ə verdiyi məlumata görə, azərbaycanlı girovlar xəstələniblər.

Onların bildirdiyinə görə, xəstə olan Dilqəm və Şahbaza erməni tərəfi diqqət göstərmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı nümayəndələri sonuncu dəfə üç ay bundan əvvəl azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkib, onların saxlanma şəraiti ilə tanış olub. Bu barədə BQXK-nin Dağlıq Qarabağdakı missiyasının nümayəndəsi Eteri Musaelyan erməni mətbuatına xəbər verib.

"Baş çəkmə zamanı onlara ailə haqda məlumat mübadiləsi imkanı verilib. BQXK missiyasına uyğun olaraq biz həbsdə olanlara qarşı münasibət və onların saxlanma şəraitini monitorinq etmək və həmçinin onların ailələri ilə əlaqə saxlamasını təmin etmək məqsədilə onlara daim baş çəkəcəyik”, - deyə Musaelyan bildirib.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün getmişdilər. Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol