• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron hökumət”də 422 xidmət oldu

“Elektron hökumət”də 422 xidmət oldu
28.10.2015 10:11
"Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunub. Bununla da portaldakı xidmətlərin sayı 422-yə çatıb. "E-hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunlardan 340-ı Nazirlər Kabinetinin təsdiqlədiyi xidmətlərdir.

Oktyabrın 1-nə olan məlumata görə, portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb.

Portala 2,5 milyon nəfər daxil olub. Bu dövrdə 772 yeni e-imza sertifikatı verilib və ümumi e-imzaların sayı 36 min 351-ə çatıb.

Bundan başqa, yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və portala inteqrasiya olunub.

Bu ilin əvvəlində Açıq Hökumət Məlumatları - e-Göv 3 mərhələsinə start verilib. Hazırda portalda Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, "Azərsu” ASC-yə məxsus 25 adda açıq hökumət məlumatları yerləşdirilib.

"Elektron hökumət” portalı vasitəsilə 9 növ arayışın elektron formada verilməsinə başlanılıb və ötən 9 ayda 152 766 vətəndaşa təqribən 290 min e-arayış verilib. Ümumiyyətlə, 193 224 vətəndaş tərəfindən 386234 dəfə e-arayış əldə edilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol