• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Ələkbərov: "Wizz Air"lə bağlanan müqavilə daha uzunmüddətli ola bilər"

İlqar Ələkbərov: "Wizz Air"lə bağlanan müqavilə daha uzunmüddətli ola bilər"
28.10.2015 12:08
"Bu müqavilə 2019-ci il aprelin 1-ə qədər qüvvədə olacaq. Həmin müddət ərzində "Wizz Air" aviaşirkəti "Silk Way"lə uçuşlarını həyata keçirəcək" - "Ground Handling Company"nin ("Silk Way Holding"in törəmə şirkəti) icraçı direktoru İlqar Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "Wizz Air” "Budapeşt-Bakı-Budapeşt" müntəzəm reyslərin bərpası barədə razılığa gəlib. Bu məqsədlə Wizz Air” və "Ground Handling Company” arasında reyslərə xidmət üzrə saziş imzalanıb.

ANN.Az xəbər verir ki, Azərbaycan rəsmisi bu müqavilənin daha uzun müddətli ola biləcəyini deyib: "Silk Way" aviaşirkəti bütün xidmətləri cəmləşdirib "Wizz Air"-ə təqdim edir. Sadəcə olaraq biz bütün həmin xidmətləri üzrə 2019-cu il aprelin 1-nə qədər razılığa gəlmişik".

"Budapeşt-Bakı-Budapeşt" marşrutu üzrə təyyarə biletlərinin qiymət məsələsinə toxunan Azərbaycan rəsmisi "Wizz Air"in loukost aviaşirkət olduğu üçün qiymətlərin təxminən 20-30 faiz aşağı olacağını deyib.

O, uçuşların yalnız "Air bus 320" tipli təyyarələrlə həyata keçiriləcəyini də əlavə edib.

"Wizz Air” və "Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində "Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi deyib ki, bir tərəfli gediş üçün biletlərin qiyməti  39,99 avro olacaq.

Orxan Aslanlı




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol