• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı deputat: Hansısa ölkə öz baxışlarını Azərbaycanda tətbiq edə bilməz

Rusiyalı deputat: Hansısa ölkə öz baxışlarını Azərbaycanda tətbiq edə bilməz
28.10.2015 18:51
"Məndə olan məlumata görə, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 9 partiya iştirak edəcək. Bu isə, elektorat üçün böyük seçim imkanı deməkdir”.

Trendin məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi Roman Xudyakov deyib.

R.Xudyakov bildirib ki, azərbaycanlıların yüksək siyasi mədəniyyət səviyyəsi, eləcə də Prezident İlham Əliyevin konstruktiv və diplomatik siyasəti ölkə daxilində və bütövlükdə regionda kompromis tapmağa imkan verir: "Seçkilərdə ciddi nəzarət tədbirlərinin görülməsi, məsələn, barmaq izlərinin yoxlanması böyük əhəmiyyət kəsb edir. Seçkiləri onlarla beynəlxalq müşahidəçi izləyəcək. Əminəm ki, noyabrın 1-də baş tutacaq seçkilər açıq, şəffaf rəqabət mühitində keçiriləcək. Bu seçkilər ölkənin növbəti illərdə inkişafını təmin edəcək”.

Qərbin Azərbaycana qarşı təzyiqlərinə gəlincə, rusiyalı deputat bunun ölkənin müsbət imicinə təsir edəcəyini inandırıcı hesab etmir: "Azərbaycanın öz adət-ənənəsi və baxışı var. Qərbin və ABŞ-ın baxışı daha fərqlidir. Hansısa ölkə öz baxışlarını Azərbaycan kimi zəngin mədəniyyəti olan ölkədə tətbiq edə bilməz. Ümumiyyətlə, mən Qərbin Azərbaycana qarşı olan iradlarını başa düşə bilmirəm”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol