• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: "Daha çox şikayət avtomobillərin dövlət rüsumu ilə bağlı olur"

Komitə sədri: "Daha çox şikayət avtomobillərin dövlət rüsumu ilə bağlı olur"
28.10.2015 16:57
"Dövlət Gömrük Komitəsinə daxil olan bir şikayət belə baxımsız qalmır" - bunu jurnalistlərə açıqlamasında qurum rəhbəri Aydın Əliyev deyib.

ANN.Az xəbər verir ki, gömrük komitəsinin sədri gömrük rüsumlarının artıb-azaldılması məsələsinin gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, adətən bu kimi məsələlər dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı qaldırılır və 2016-cı ilin Dövlət Büdcəsi təsdiq olunduğu üçün bu kimi məsələlər hazırda təhlil obyekti deyil.

Daha sonra avtomobillərin dövlət rüsumu məsələsi ilə bağlı sualları cavablandıran komitə sədri quruma bununla bağlı da çoxlu sayda şikayətlərin daxil olduğunu bildirib: "Amma bu günə qədər nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri əsaslı hesab olunmayıb".

O, şikayətlərin araşdırma zamanı əsassız olduğunun üzə çıxdığını deyib: "Şikayət edənlərin əksəriyyəti demir ki, məndən gömrük əməkdaşı artıq pul alır. Deyirlər ki, artıq hesablamalar aparılarkən bu problem üzə çıxır. Biz də izah edirik ki, əvvəllər, yəni köhnə avtomobillər gətirilərkən daha çox bu problemlə rastlaşırdıq". 

A.Əliyev sonda onu da vurğulayıb ki, bu problem ən çox köhnə avtomobillərin gətirilməsi zamanı yaşanır: "Xahiş edirik ki, hesablamlarınızı öncədən düzgün aparasınız. Yəni "Lexus" 2000 dollar, BMW 4000 dollar ola bilməz. Komitənin Avtonəqliyyat Gömrük İdarəsinin əmtəəşünas ekspertləri, o cümlədən Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri fəaliyyət göstərir. Bunlar avtomobilə baxaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona qiymət qoyulur. Ondan sonra da rəsmiləşdirilmə aparılır".

Orxan Aslanlı


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol