• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən müəllimlərin maddi rifahının yaxşılaşdırılması ilə bağlı açıqlama

Nazirdən müəllimlərin maddi rifahının yaxşılaşdırılması ilə bağlı açıqlama
29.10.2015 12:21
"İstənilən təhsil sisteminin gücü orada çalışan müəllimin gücündən artıq ola bilməz. Bütün nailiyyətlərin kökündə müəllim və insan faktoru durur".
 
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, keçən ildən müəllimlərin sınaq və diaqnostik qiymətləndirilməsinə start verilib: "Bununla da müəllimlərin maddi rifahının əhəmiyyətli şəkildə yaxşılaşdırılmasını əsas hədəf kimi götürmüşük. Bu günə qədər müəllimlərin 20 faizi diaqnostik qiymətləndirilmədən keçib və bu ilin yanvar ayından onlar artırılmış əmək haqqını alırlar. Eyni zamanda, bu ilin sonunda ölkənin ən iri 3 şəhər və 9 rayonunda növbəti qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işləri başa çatır. Hər şey planlaşdırılan şəkildə olsa, gələn ilin yanvarından təxminən 40 faiz müəllim bu prosesdə iştirak edəcək".

M.Cabbarov onu da qeyd edib ki, 2 il əvvəl müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin sayı 17 min idisə, bu il 24 min nəfər olub: "Bu da iki ilə 45 faiz artım deməkdir. Bundan başqa, regionlarda müəllimlik vakansiyaları şəffaf şəkildə tutulur. Gələcəkdə də bu istiqamətdə bişlərimiz davam edəcək".

Müəllim nüfuzunun artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərə toxunan M.Cabbarov bu baxımdan müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Sonda təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol