• $
  • €
  • ₽
  • ₺
  • £

E-kitab - Bertran Rassel: Nə qədər az biliriksə, o qədər çox özümüzdən çıxırıq

E-kitab - Bertran Rassel: Nə qədər az biliriksə, o qədər çox özümüzdən çıxırıq
31.10.2015 17:41
Filosof Bertran Rasselin aforizmləri

Araz Gündüzün tərcüməsində

 
Bütün dünyanı neft qoxusu başına götürübdür.

Dünya tarixi – qaçılması mümkün olan böyük yanlışların toplusudur.

Yaşadığmız dünyanın başlıca problemi budur: qanmazlar və fanatiklər özlərinin doğru yolda olduqlarına ürəkdən inanırlar, anlaqlı insanlar isə çox vaxt özlərinin düşüncələrinə və görəcəkləri işlərə şübhə ilə yanaşırlar.

Bizim emosiyalarımız biliyimizlə tərs mütənasib olur: nə qədər az biliriksə, o qədər də çox özümüzdən çıxırıq.

İnsanların böyük çoxluğu anlamaz olduğu üçün çox geniş yayılmış baxışlar da çox güman, elə hansısa bir anlamazlıq olacaqdır.

Bütün ideologiyaların kökündə insanı sürüləşdirmək istəyi dayanır.

Deyirlər, insan şüurlu varlıqdır. Mən bütün ömrümü bunu təsdiq eləyə biləcək faktları tapa bilmək üçün çürütmüşəm.

Müahribədə haqlı olanlar yox, sağ qalanlar üstün gəlir.

Materiya – dünyanın yarandığı hansısa ilkin material deyildir, bu anlayış, çoxsaylı anlaşılmaz olayları biri-biriylə uzlaşdırmaq üçün yaradılıbdır. 

Əxlaq qaydaları instinktiv xoşbəxtliyə mane olmamalıdır.

İnsanların gizlində elədikləri yaxşılıqlarla bağlı heç kim dedi-qodu yaymağa çalışmır.

Aradabir dayanaraq, doğruluğuna çoxdan inandığın nəsnələrə də şübhə ilə yanaşmaq çox yararlıdır.

Dinin özülündə qorxu dayanır: anlaşılmazlıqdan yaranan qorxu, uğursuzluqla üzləşə bilməkdən doğan qorxu, qarşıdan gələn ölümlə bağlı olan qorxu. Qorxu isə amansızlığın ulu babası olduğundan, dinin amansızlıqla əl-ələ verib addımlası sizə çətin görünməsin.

Uzunömürlü olmaq istəyirsinizsə gərək ulu babalarla, nənələrinizi sağlam insanların arasından seçəsiniz.

İşlərimin çoxluğuna görə mən öz öləcəyim günü gecikdirməli oldum.

İnsan nəyisə öyrənməyə yox, nəyisə aydınlaşdırmağa çalışır.

Mənim kitab rəfimdə Bibliya da var, ancaq mən onunla yanaşı, Volterin də kitabını saxlayıram, axı zəhər olan yerdə gərək zəhərə qarşı dərman da olsun.

Övladlarının onlarla öyünməli olduqlarını ummaları, ataların ən böyük çatışmazlığıdır.

Biz dinə öncələr olduğundan daha az önəm verməyə başladığımız üçün də insanlar arasında dini baxışlara görə biri-birinə qarşı dözümlük yaranmışdır. 

Gerçək nüfuz yiyəsi olan kimsələr öz yanlışlarını boyunlarına almaqdan çəkinməzlər.

Kitab ya gərək aydın olsun, ya da ciddi, bunların ikisinin də bir kitabda olması mümkün deyildir.

Biz düşmənlərimizi görməyə gözü olmayan kimsələri sevirik, belə çıxır, düşmənlərimiz olmasaydı, kimsəni sevə bilməyəcəkdik.

Bütün ölkələrdə təbliğat dövlətin əlinin altındadır və dövlət də yalnız özünün bəyəndiklərini xalqa aşılamağa çalışır. Dövlətin bəyəndiyi isə sabah ölməyi buyurarsa, sizin buna hazır olmağınızdır.

Həqiqət – bizim mütləq polisə deməli olduğumuz sözdür.

Heç vaxt xanımınızı kütbeyinlikdə qınamayın, çox ola bilsin, elə buna görə də o, özünə yaxşı ər seçə bilməmişdir.

Aristotel bir əsərində qadınların dişlərinin sayının kişilərinkindən az olduğunu yazır. Bu adam iki dəfə evlənsə də, öz arvadının ağzındakı dişləri sayıb, dediyi sözün doğruluğunu yoxlamaq onun ağlına gəlməmişdi.

Birdən Tanrı gerçəkdən olsaydı da, mən inanmıram o, varlığını danan insanlardan inciyəcək qədər lovğa olaydı.

Tərcümə: Araz Gündüz
 
Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol