• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmənin Plenumunda cinayət və mülki işlərə baxıldı - FOTOLAR

Ali Məhkəmənin Plenumunda cinayət və mülki işlərə baxıldı - FOTOLAR
30.10.2015 14:14
Oktyabrın 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

ANN.Az AzərTac-a istinadən xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev iclası açdıqdan sonra Plenumun gündəliyi təsdiq olunub.

Apelyasiya instansiyası, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdikləri Plenumda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, insan hüquqlarının və azadlıqlarının tərkib hissəsi kimi respublikamızda yaşayan hər bir vətəndaşın həyatının və sağlamlığının toxunulmazlığı dövlət tərəfindən qorunur və müdafiə olunur.

Eyni zamanda, əhalinin digər hüquqları kimi mülkiyyət hüququnun qorunması və müdafiəsi də dövlət tərəfindən təmin edilir. Hər hansı şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır və bu kimi hərəkətlər müvafiq məsuliyyətə səbəb olur.

Qeyd edilib ki, qəsdən sağlamlığa ağır zərbə vurma və oğurluq cinayətləri müvafiq olaraq sağlamlıq və mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindəndir və bu cinayətlərin törədilməsinə görə qanunauyğun cəzaların təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Bu məsələ ilə bağlı məhkəmələr tərəfindən 2013-cü ildə baxılmış cinayət işləri üzrə aparılmış ümumiləşdirmələrin nəticələri Plenumda geniş müzakirə olunaraq təhlillər aparılıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması, gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Sonra Ali Məhkəmənin kollegiya sədrlərinin məruzələri dinlənilib, konkret cinayət və mülki işlərə baxılıb.

Plenumun işində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iştirak edib.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol