• $
  • €
  • ₽
  • ₺
  • £

DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO

DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO
28.05.2020 17:56
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə sonuncu kütləvi görüşünü keçirib. Seçki platformasındakı prioritet məsələlərə toxunun namizəd deyib: «Azərbaycanın ən böyük sərvəti neft yox, məhz onun vətəndaşlarıdır. Biz vətəndaşlarımıza layiqli həyatı bəxş edə bilmək üçün ölkədə çoxşaxəli islahatları həyata keçirməliyik. İlk növbədə onların peşəkarlıq səviyyəsinin artmasının qeydinə qalmalıyıq. Azərbaycan yalnız o zaman qüdrətli olacaq ki, o, bütün peşə sahələrini əhatə edən kadrlara, savadlı menecerlərə malik olacaq».

Millət vəkili təhsil və səhiyyə sahəsindəki problemlərə toxunarkən deyib ki, təkcə müasir məktəblər, xəstəxanalar tikməklə, onları bahalı müasir avadanlıqlarla təchiz etməklə iş bitmir. Təhsilin və tibbi xidmətin səviyyəsi də yüksəldilməlidir. Eyni zamanda müəllim və həkimlərin aldıqları məvaciblər onların ləyaqətli həyatını təmin edəcək səviyyədə olmalıdır.

Asim Mollazadə Qarabağ probleminə toxunarkən deyib: "Dövlət büdcəsindən ən çox vəsaitlər hərbiyə ayrılır. Çünki Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllinə maneçilik törədir. Məcburuq ki, uşaqlarımızın təhsilinə, vətəndaşlarımızın sağlamlığına, sosial ehtiyaclarının ödənilməsinə yönəltməli olduğumuz vəsaitləri silah istehsalına yönəldək. Azərbaycan regionda güclü, demokratik, hərbi cəhətdən qüdrətli dövlət olduğunu isbat edə bilməsə, heç kəs ərazilərimizi bizə qaytarmayacaq».

Seçicilər də öz növbələrində Asim Mollazadədən şəhər nəqliyyatında yaranmış problemlər, marşrutların istiqamətlərinin tez-tez dəyişdirilməsindən əhalinin əziyyət çəkdiyi barədə məsələni parlamentdə qaldırmağı xahiş ediblər. Keçən beş il ərzində Asim Mollazadədən quru vədlər, populist çıxışlar deyil, real iş, seçicilərin problemlərinə öz problemi kimi yanaşma müşahidə etdiklərini söyləyiblər. Noyabrın 1-də seçki məntəqələrinə məhz Asim Mollazadənin adını tutaraq gedəcəklərini deyiblər.
 
 








www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol