• $
  • €
  • ₽
  • ₺
  • £

Dilimizlə bağlı "Qaynar xətt" yaradıldı

Dilimizlə bağlı "Qaynar xətt" yaradıldı
30.10.2015 19:10
Dil nöqsanlarının aradan qaldırılması ilə bağlı xüsusi komissiya fəaliyyət göstərəcək

"Qaynar xətt”in fəaliyyəti ilə bağlı Nazirlər Kabineti, Bakı Şəhəri İcra Hakimiyyəti və Dilçilik İnstitutunun nümayəndələrinin daxil olduğu xüsusi komissiya yaradılıb”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.
 
O bildirib ki, komissiyanın tərkibi təsdiq olunub: "Bu komissiyanın davamlı toplantıları olacaq. Komissiyada "Qaynar xətt”-dən daxil olan şikayətlər araşdırılacaq, səhvlərin aradan qaldırılması ilə bağlı yollar araşdırılacaq.
Biz "Qaynar xətt”in fəaliyyətini 2 mərhələdə təşkil etməyi düşünürük. Birinci mərhələdə əsas məqsəd Dövlət Proqramında nəzərdə tutulduğu kimi əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir. İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt”ə məlumat verə biləcəklər. İkinci mərhələdə isə biz daha çox vətəndaşlardan və jurnalistlərdən daxil olan sorğuları cavablandıracağıq. Bunun üçün ilk növbədə sorğu bazası yaradılmalı, elektron resurs toplanmalıdır. Eyni zamanda, sualları doğru-dürüst cavablandırmaq üçün mütəxəssis qrupu formalaşdırılmalıdır. Bu ikinci mərhələdə olacaq. Həmin resurslar formalaşandan sonra, təxminən 1 ilə "Qaynar xətt”in ikinci qolu da fəaliyyət göstərəcək”.
 
Q. Məhərrəmli qeyd edib ki, Dilçilik İnstitutunun "Qaynar xətt”i 24 saat, fasiləsiz fəaliyyət göstərəcək: "Vətəndaşların sualları, dillə bağlı iradları 24 saat ərzində yazılıb qeyd olunacaq. Sonra dil nöqsanlarının aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək, daha sonra vətəndaşlar bununla bağlı məlumatlandırılacaq. Düşünürəm ki, "Qaynar xətt” Azərbaycan dilindəki qüsurların aradan qaldırılmasına öz töhfəsini verəcək”.
 
Qeyd edək ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz­liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları­na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob­yekt­lə­rin­də Azərbay­can dilinin leksik və qrammatik qay­da­la­rı­nın pozul­ma­sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qay­nar xəttin yaradılması nəzərdə tutulub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol