• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən xarici jurnalistlərə - TÖVSİYYƏ

XİN-dən xarici jurnalistlərə - TÖVSİYYƏ
30.10.2015 21:00
"Akkreditasiyanın müddəti 30 gün müəyyən edilib”.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə xarici KİV-lərin böyük marağı var. 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün xarici KİV təmsilçilərinin akkreditasiyadan keçirilməsi prosesi barədə Seçki-2015.az saytının sorğusunu cavablandırarkən deyib.

O bildirib ki, seçkiöncəsi proses mövcud qanunvericiliyə əsasən davam edir: 

"Azərbaycanda xarici KİV haqqında qanuna əsasən əcnəbi media mənsublarının akkreditasiyasının xüsusi qaydaları mövcuddur. Bu qaydalar əsasında da Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyadan keçirilməsi prosesi davam etdirilir. Akkreditasiyanın müddəti 30 gün müəyyən edilib. Bundan çıxış edərək akkreditasiya kartı almış əcnəbi KİV nümayəndələri MSK-da qeydiyyata durmalıdırlar”.

H.Hacıyev qeyd edib ki, hazırda xarici mediadan müraciətlər çoxdur, ona görə də əcnəbi KİV təmsilçilərindən bu zaman kəsiyində müvafiq prosedur qaydalarına riayət edilməsi xahiş olunub: 

"Ümumilikdə deyə bilərik ki, beynəlxalq medianın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin işıqlandırılmasına böyük marağı var”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol