• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolu ölkənin ən təhlükəli sürüşmə sahəsidir - Baş geoloqdan açıqlama

Bakı-Sumqayıt yolu ölkənin ən təhlükəli sürüşmə sahəsidir -  Baş geoloqdan açıqlama
29.05.2020 06:58
"Hazırda Ağsu aşırımında, Zığda və Bakı-Sumqayıt avtomagistralında sürüşmə sahələri digər sürüşmə sahələri ilə müqayisədə daha təhlükəli hesab edilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, hazırda həmin ərazilərdə sabitlikdir: "Ancaq yağıntılar intensivləşərsə, bu sürüşmə sahələrinin təhlükəliliyi arta bilər. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə sahəsində sabitlikdir”.

Ancaq bunun müvəqqəti hal daşıdığını deyən Ə.Piriyev hazırda ərazidə bərpa-genişləndirmə işlərinin aparıldığını söyləyib.

Sürüşmə sahələrinin Azərbaycanın demək olar ki, bütün sahələrində olduğunu deyən Ə.Piriyevin sözlərinə görə, oktyabr ayı ərzində bəzi sahələrdə sürüşmə sahələri aktivləşib: "Ötən ay Abşeron yarımadasında, Bakının Bayıl, Badamdar, Əhmədli, Günəşli qəsəbələri və Nərimanov dairəsində sürüşmə prosesinin dinamikası aktiv olub. Hazırda həmin ərazilərdə nisbi sabitlikdir. Bununla yanaşı, Zığ, Qaraçuxur, Masazır sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Buralardakı mövcud çatlar cüzi də olsa, 50-60 mm genişlənib. Qaracuxur avtomobil yolunda həm yağıntılar, həm də iritonnajlı maşınların hərəkət etməsi səbəbindən çatlar həm genişlənib, həm də artıb. Bu yolun bir hissəsində qismən çökmə müşahidə edilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunun 37-46, Qusar-Sudur avtomobil yolunun 37-ci, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı və Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə prosesində aktivləşmə müşahidə olunub. Nəticədə yolların kənarlarında uçqun baş verib, səthdə olan mövcud çatlar genişlənib. İsmayıllı rayonunun Xankəndi kəndində sürüşmə sahəsindəki çatlarda genişlənmə baş verib. Sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol