• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlandı

Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlandı
01.11.2015 12:50
Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlanıb. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir: 

"Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Azad Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə Azad Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini "Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb. Qazax rayon Polis Şöbəsində sərhəd keçməsinə qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”.
 
Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol