• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bank ixtisarlar məsələsinə aydınlıq gətirdi

Beynəlxalq Bank ixtisarlar məsələsinə aydınlıq gətirdi
02.11.2015 16:45
Azərbaycan Beynəlxalq Bankı (ABB) adıçəkilən müəssisədə ciddi ixtisarların aparılacağı ilə bağlı ötən gün maliyyə naziri Samir Şərifovun verdiyi açıqlamaya münasibət bildirib.

Bankdan "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, ABB-nin yeni strukturunun və ştat vahidlərinin sayı artıq təsdiqlənib: "ABB-nin həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb. Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil".
 
Qeyd edək ki, ötən gün maliyyə naziri Samir Şərifov "APA-Economics"ə açıqlamasında bildirib ki, ABB-də ciddi ixtisarların aparılması nəzərdə tutulub. Nazirin sözlərinə görə, bankın əməkdaşlarının 25-30%-i ixtisar oluna bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol