• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondundan manat açıqlaması

Neft Fondundan manat açıqlaması
02.11.2015 18:21

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir.

ANN.Az xəbər verir ki, bu barədə ARDNF-in yaydığı məlumatda deyilib.

"Bildiyiniz kimi, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında  baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır.

Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir.

Nəzərinizə çatdırmaq istərdik ki, bütün əməliyyatlar Azərbaycan Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur” - deyə, Neft Fondundan qeyd edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol