• $
  • €
  • ₽
  • ₺
  • £

Nəhəng İT şirkətləri Rusiyadan gedə bilər

Nəhəng İT şirkətləri Rusiyadan gedə bilər
03.11.2015 16:15
Avropa biznesi son onillikdə Rusiya Federasiyasına böyük investisiyalar qoyub və gələcəkdə də bunu davam etdirməyi planlaşdırırdı. Lakin indi, qeyri-dəqiq oyun qaydaları şəraitində nəhəng xarici İT şirkətləri Rusiya bazarında investisiya proqramlarını dayandıra və hətta Rusiya bazarından gedə bilərlər.

«Kommersant»ın yazdığına görə Avropa Biznes Assosiasiyasının (AEB) baş direktoru Frank Schauff-un Rusiyanın rabitə və kütləvi kommunikasiyalar, sənaye və ticarət, iqtisadi inkişaf nazirlərinə, habelə Federal Antiinhisar Xidmətinin rəhbərinə ünvanladığı məktubda belə deyilir.

«Əgər xarici investisiyalar əvvəlki kimi gündəmdədirsə, onda bərabər yanaşma, diskriminasiyaya, azad rəqabətin və xarici şirkətlərin Rusiya bazarına çıxışının məhdudlaşdırılmasına yol verilməməsi zəruridir», - AEB baş direktorunun məktubunda qeyd edilir.

NOYABRIN SONUNADƏK İMZALANACAQ

Schauff məktubunda xahiş edir ki, dövlət orqanları xarici kompüter proqramları aldıqları zaman bunu əsaslandırmalı olduqları barədə qanunun qüvvəyə minməsi 2016-cı il yanvarın 1-dən iyulun 1-nə qədər təxirə salınsın. Assosiasiya bu yarım il ərzində Rusiyadakı xarici İT şirkətlərində istehsalın lokallaşdırılmasının birgə meyarlarını işləyib hazırlamağı təklif edir. Bu ondan ötrü lazımdır ki, onların da proqramları hazırlanmaqda olan Rusiya proqram təminatı reyestrinə daxil edilə bilsin.

Rusiyanın Rabitə Nazirliyinin hazırladığı qanun layihəsində deyilir ki, 2016-cı il yanvarın 1-dən dövlət orqanları xarici kompüter proqramlarını yalnız onların rus analoqu yoxdursa, yaxud da rus versiyası zəruri funksiyalara malik deyilsə, ala biləcəklər.

Rusiyanın Rabitə Nazirliyinin idxal olunan kompüter proqramlarının yerli məhsullarla əvəz edilməsi ilə bağlı layihə hazırladığı hələ iyunun əvvəlində məlum olmuşdu. Nazirlik həmçinin bu layihələrə büdcədən 18 milyard rubl ayrılmasını xahiş etmişdi.

Federal Antiinhisar Xidməti və Maliyyə Nazirliyi dövlət strukturlarının xarici proqram təminatı almasını məhdudlaşdıran bu qanun layihəsinə qarşı çıxıb. Lakin «Kommersant»ın məlumatlı mənbələrinin verdiyi məlumata görə, bu il noyabrın sonuna qədər sənəd baş nazir Dmitry Medvedev tərəfindən imzalanacaq. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol