• $
  • €
  • ₽
  • ₺
  • £

“Avtovağzalın qarşısında baş verən sürüşmə-çökmə ciddi məsələdir"

“Avtovağzalın qarşısında baş verən sürüşmə-çökmə ciddi məsələdir"
03.11.2015 15:37
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazini ciddi nəzarətdə saxlayır

"Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir”.
 
Bunu APA-ya açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökməyə və istinad divarının sökülməli olduğu barədə bəzi mütəxəssislərin rəyinə münasibət bildirən baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədr Abid Şərifov deyib.
 
A. Şərifov bildirib ki, bu, böyük və ciddi məsələdir: "Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşaallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.  
 
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. İstinad divarının yuxarı və orta hissəsində bərkitmə işlərinə başlanılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında bildirib ki, istinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək, həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol