• $
  • €
  • ₽
  • ₺
  • £

“Manatın kəskin devalvasiyasına təsir göstərəcək amil yoxdur” - AÇIQLAMA

“Manatın kəskin devalvasiyasına təsir göstərəcək amil yoxdur” - AÇIQLAMA
04.11.2015 10:56
 
Parlament seçkisindən sonra ölkə gündəmini təşkil edən mövzu ikinci devalvasiyanın olub-olmayacağı ilə bağlıdır. Çünki bu il fevral ayının 21-də baş verən ilk devalvasiyadan sonra ekspertlərin əksəriyyəti ikinci devalvasiyanın noyabr seçkisindən sonra olacağını proqnozlaşdırırdılar. Amma hazırda manatın dollara qarşı məzənnəsində (1 dollar - 1,0491 manat) sabitlik davam edir.

Bu sabitlik nə vaxta kimi davam edəcək? Ümumiyyətlə, ikinci devalvasiyanın olacağı gözlənilirmi? Dünyada baş verən proseslər manatın məzənnəsinə necə təsir göstərir? Neftin qiymətinin hansı həddə qədər ucuzlaşması növbəti devalvasiyaya şərait yarada bilər?

Milli Məclisin üzvü, iqtisadçı Əli Məsimli ANN.Az-a açıqlamasında hazırda Azərbaycanda devalvasiya üçün  heç bir şəraitin olmadığını vurğulayıb: "Əgər Azərbaycanda ödəniş balansının taksiti, yəni müsbət rəqəmi 10 milyard dollardan yuxarıdırsa, devalvasiyaya yer ola bilməz. İndi ödəniş balansının müsbət rəqəmi 10 milyard deyilsə, bu o demək deyil ki, mütləq devalvasiya baş verəcək. Neftin qiymətinin aşağı düşməsindən əvvəl ixracla idxal arasında 2,5 dəfə fərq var idi. Hazırda fərq o qədər olmasa da idxalla ixrac arasında yetərincədir. Həmin fərqlər konteksindən çıxış edəndə də görünür ki, devalvasiyanın olması üçün bir əsas yoxdur. Digər məqamlar başqa amillərin təsirləri ilə olur. Yəni neftin qiyməti 30 dollara düşərsə, demək, bu ödəniş balansında toplanmış məbləğlərin müsbətdən mənfiyə doğru enəcəyindən xəbər verəcək. Bu zaman devalvasiya üçün səbəb yarana bilər. Amma indi neftin qiyməti 50 dolların altında dəyişir. Əgər belə bir vaxtda manatın ucuzlaşmasına bir əsas yoxdursa, həmçinin bahalaşmasına da əsas yoxdur”.

Deputat hesab edir ki, dünyada gedən proseslərin manata təsirinin dollar, rubl və Qazaxıstan təngəsi timsalında qeyd etmək olar: "Dünyadakı proseslərin təsiri sözsüz ki, dolların bahalaşmasına da təsir edə bilər. Bu proses özünü hələ bir müddət də göstərəcək. Belə bir şəraitdə təbii ki, dollarla yanaşı, manatın bahalaşması prosesi davam etməyəcək.  Amma rus rublunda gedən proseslər Azərbaycan manatına keçən dəfə olduğu kimi müəyyən dərəcədə təsir göstərə bilər. Rubl kəskin surətdə ucuzlaşmaqda davam edərsə, bunun Azərbaycan manatına müəyyən təsiri ola bilər. Qazaxıstan təngəsinin Azərbaycan manatına birbaşa təsiri yoxdur. Amma Qazaxıstan təngəsi rus rubluna ciddi təsir göstərən valyutadır. Dolayı yolla, yəni qazax təngəsi rus rublununa təsir göstərə bilər. Rus rublunun qiymətdən düşməsi isə Azərbaycan manatına təsir göstərə bilər. Amma bu gün kiçik amillər olsa da, kəskin sürətdə manatın devalvasiyasına təsir göstərəcək amil yoxdur. Belə vaxtı hökumət  ajiotajdan, valyuta tənzimləmə sahəsində kobud səhvlərdən özünü hifz etməlidir ki, heç bir problem yaranmasın”.

İqtisadçı sonda Mərkəzi Bankın 17 fevraldakı yumşaq devalvasiya haqqında qərarından sonra belə bir proqnoz verdiyini xatırladıb:  "Hesab edirdim ki, yumşaq devalvasiya bir müddət davam edib sonunda dolların manata nisbəti 90 qəpiklə nəticələnə bilər. Bəzi savadsızlar bundan tutub durdular ki, fevral ayının 21-də baş verən devalvasiyada manatın məzənnəsinin 1,05 olması proqnozlarını düzgün verməmisiz. Sadəcə savadları çatmayan, iqtisadiyyatla əlaqəsi olmayan şəxslər  bilmirlər ki, inzibati yolla atılan addımı proqnozlaşdırmırlar. Hökumət tərəfindən inzibati yolla şok devalvasiya həyata keçirilir. Bu proses həyata keçiriləndə, bunu ancaq yüksək dairələr bilir. Növbəti gün əhali bu qərardan xəbərdar olur. Ola bilsin o, adamların savadı çatmır ki, yumşaq devalvasiya ilə  inzibati yolla həyata keçirilən devalvasiyanı bir-birindən ayıra bilsinlər. Yumşaq devalvasiyanın davam etdirilməsində heç bir problem yoxdur. Bu əksinə neftdən kənar olan iqtisadiyyatın inkişafına təkan verə bilər”.


Orxan Aslanlı  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol